Məqalələrə qayıt
Məqalə yazısı17 avqust 2026·1 dəq oxuma

Üzərinizdə cadu olduğunu düşünürsünüz, lakin bundan necə qurtula biləcəyinizi bilmirsiniz?

İlk öncə bunu bilin ki, cadunun yerləşdiyi yeri cadugərlər bilə bilməz.

Bu, spiritual bilikdir. Bunu yalnız güclü spiritual biliyi olan və magiyanı dərindən bilən insanlar anlayır.

Cadu fiziki hər hansı bir vasitə ilə edilsə belə, onun yaratdığı enerjilərdən təmizlənmək lazımdır. Magiyanı çox yaxşı bilən biri olaraq deyə bilərəm ki, qara magiyanın ən güclü forması heç vaxt fiziki əşya ilə olmur. Ən güclü təsir enerjilər üzərindən edilir.

Mən heç vaxt qara magiya etməmişəm. Bu, çox ağır karmadır. Sadəcə magiyanı təmizləyə bilmək üçün qaranın nə olduğunu, necə işlədiyini bilməlisən ki, nəyi necə təmizləyəcəyini də biləsən.

Əgər bütün bu cadu, magiya və mənfi enerjilərdən təmizlənmək, eyni zamanda qorunmaq istəyirsinizsə, təmizlik və çakra seansım bunun üçün nəzərdə tutulub.

Təsəvvür edin, 3 ildir seans etmədiyim köhnə danışanlarımdan biri ilə yenidən seans etdik. Baxıram ki, bütün çakraları və enerji kanalları çox yaxşı vəziyyətdədir. Çünki 3 il ərzində məndən öyrəndiyi və aldığı seansları mütəmadi şəkildə tətbiq edib.

Bu müddət ərzində həmin xanıma dəfələrlə cadu olunmağa çalışıldığını gördük. Amma təsir etməyib. Sadəcə cadu edən şəxslərlə xanım arasındakı enerji bağlarını kəsdik. Xanıma edilən cadular yəhudi caduları idi və məqsədi ölüm idi. Bəziləri isə əlindəkiləri itirməsi üçün edilmişdi. Cadu təsir etmədikcə, hər dəfə daha ağır formada edilməyə çalışılmışdı.

Əgər edilən cadu ölüm məqsədli olsa belə, siz enerjinizi mütəmadi təmizləyirsinizsə, ya ümumiyyətlə təsir etmir, ya da ağır nəticə əvəzinə çox kiçik bir hadisə ilə keçib gedir. Məsələn, yemək bişirərkən barmağınızı kəsməyiniz kimi.

Unutmayın ki, cadunu cadugərlə təmizləməzlər. Onu enerjisəl bədəndən çıxarmaq lazımdır. Gedib qəbiristanlıqda nəsə axtarmağa və ya eşələməyə ehtiyac yoxdur. Oradan fiziki olaraq çıxarsanız belə, əgər enerjisəl olaraq sizdən təmizlənməyibsə, təsiri davam edə bilər.

#cadu#sehr#magiya#qara magiya#ağ magiya#lənət#qarğış#ovsun#büyü#cadugər#sehrbaz#ruhani#mistika